Dollar alışında banklar vətəndaşlardan bəyannamə tələb etməlidirmi?

İQTİSADİYYAT
13:35 / 05.12.2023
519

“Gəlirin mənbəyi, ünvan, iş yeri, maaş kimi özəl məlumatlar ona görə tələb edilir ki, vətəndaş bu cür tələbdən qorxsun və xarici valyuta alışından çəkinsin”.

Bunu Hit.az-a şərhində bank sahəsi üzrə  ekspert Əkrəm Həsənov deyib. 

Ə.Həsənov qeyd edib ki, vətəndaş bankda başqa əməliyyat aparanda ondan bu barədə məlumatlar soruşmurlar: 

“Gəlirin mənbəyi ancaq xarici valyuta alan zaman tələb edilir. Bankların bunu etməkdə məqsədi xarici valyutanın alınmasını əngəlləməkdir. Məlumdur ki, banklar qeyri-rəsmi bir limit müəyyən ediblər – illik 20 min manat. Hər bir vətəndaş il ərzində bundan çox xarici valyuta alanda onu sorğu-sual edirlər. Bunu vətəndaş xarici valyuta almasın deyə edirlər. Əslində limit üçün heç bir əsas yoxdur. Bu limiti hansı qrup müəyyən edib, məlum deyil. Banklar özləri müəyyənləşdirib”.

Sevinc

1