Uşaq-Gənclər İnkişaf Mərkəzi ilə keçmiş işçisi arasında məhkəmə çəkişməsi davam edir

İQTİSADİYYAT
19:26 / 05.12.2023
296

Elm və Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi ilə keçmiş işçisi Mələk Axundova arasında məhkəmə çəkişməsi davam edir.

Hit.az xəbər verir ki, iş hazırda apellyasiya mərhələsindədir. Şikayəti Mələk Axundova verib.

Onun şikayətinə Bakı Apellyasiya Məhkəməsində hakim Xumar Mərdanovanın sədrliyi ilə baxılacaq. 

16 yanvar 2021-ci il tarixə iş üzrə məhkəmə baxış iclası təyin edilib. 

Mələk Axundovanın iddia tələbi işə bərpa və əmək haqqının ödənilməsi ilə bağlıdır. 

Xatıraladaq ki, Mələk Axundova işdən çıxarıldıqdan sonra Mərkəzə qarşı Nəsimi Rayon Məhkəməsində iddia qaldırmışdı. 

Anar

0