Alimlər son iki ildə Günəş aktivliyinin azaldığını müəyyən edib

DÜNYA
22:56 / 10.09.2026
39

Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş astronomiyası laboratoriyasının alimləri son iki ildə Günəş aktivliyinin təxminən üç dəfə azaldığını müəyyən ediblər. 

HİT.az xəbər verir ki, bu barədə laboratoriyanın “Telegram” kanalı məlumat yayıb.

“Son 24 ay ərzində Günəş aktivliyi 2024-cü ilin avqustunda 216 vahid olan göstəricidən 2026-cı ilin avqustunda 76 vahidə qədər, yəni demək olar ki, üç dəfə azalıb”, – məlumatda bildirilib.

Alimlər izah ediblər ki, Günəş aktivliyinin indeksləri 1749-cu ildən etibarən Günəş ləkələrinin sayına əsasən hesablanır və müxtəlif tarixi dövrlərdə Günəş aktivliyini müqayisə etməyin əsas üsuludur.

Qeyd olunur ki, ən yüksək göstəricilərdən bəziləri XX əsrin ortalarında, ən aşağı göstəricilər isə 1800–1825-ci illərdə, yəni XIX əsrin ilk rübündə qeydə alınıb.

Sentyabrın 8-də Yer kürəsində ilk payız maqnit qasırğası başlayıb. Bundan bir neçə gün əvvəl planet istiqamətində plazma buludu atılıb. Günəşdən gələn plazma bazar ertəsi günorta saatlarında Yerə çataraq təxminən bir sutkadır davam edən uzunmüddətli geomaqnit pozuntularına səbəb olub. Alimlərin sözlərinə görə, çərşənbə axşamı qasırğa həddi keçilib.

Samir
 

0