Azərbaycanda yeni rüsumlar müəyyənləşir

İQTİSADİYYAT
20:35 / 07.12.2023
159

Azərbaycanda yeni rüsumlar müəyyənləşir.

"Report"un xəbərinə görə, bununla bağlı “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik təklif olunur.

Dəyişikliklə qanuna yeni maddələr əlavə edilir.

Yeni maddələrə əsasən, gəmi tarixinin fasiləsiz qeydlər sənədinin verilməsinə, dəniz nəqliyyatı sahəsində fəaliyyət göstərən təlim-tədris mərkəzlərinə, habelə fiziki və hüquqi şəxslərə onların fəaliyyətinin beynəlxalq konvensiyaların tələblərinə uyğun olması haqqında Şəhadətnamənin verilməsinə görə 65 manat rüsum ödəniləcək.

0