BDU il ərzində internetə 64 min manat xərcləyir

İQTİSADİYYAT
23:23 / 20.02.2024
249

Bakı Dövlət Universiteti (BDU) internet xidmətinin satın alınmasına görə  “Delta Telecom LTD” MMC -yə (VÖEN – 1700164781) 63 min 720 manat ödəyəcək.

BDU tenderi bir mənbədən satınalma metodu ilə keçirib.

Məlumat üçün bildirək ki, “Delta Telecom LTD” MMC BDU-ya internet xidmətini yanvar ayının 15-dən dekabr ayının 31-nə kimi təqdim edəcək.

Qeyd edək ki, internet üçün il ərzində 64 min manat vəsait xərcləyən BDU-nun rəsmi veb-saytında bir-çox bölmələr uzun müddətdir fəaliyyət göstərmir. Belə ki, BDU-nun rəsmi saytında mövcud olan “Fakultələr” bölməsinə daxil olmaq mümkün deyil.

Məsələ ilə bağlı BDU-nun mətbuat xidmətindən Yeniavaz.com-a bildirilib ki, saytda yenilənmə işləri həyata keçirildiyi üçün bəzi bölmələr fəaliyyət göstərmir.

0