Ünvanlı sosial yardım almaq şərtləri sadələşdirilə bilər?

İQTİSADİYYAT
11:38 / 04.04.2024
216

Ünvanlı sosial yardım alanların sayının azalmasının bir neçə səbəbi var. 2023-cü ildə ünvanlı sosial yardım alan vətəndaşlarımızın yardım proqramının başa çatması ümumi saya təsir göstərir.

Bu barədə Trend-in suallarını cavablayarkən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

O qeyd edib ki, nəticə olaraq ümumi sayda bu kontekstdən azalmalar müşahidə edilir.

"Eyni zamanda şərtlərin yüngülləşdirilməsi çox vacibdir. Bu şərtlər ünvanlı sosial yardım alanların sayına təsir göstərir. Məsələn sərəncamında avtomobil olan vətəndaşlarımız ünvanlı sosial yardıma müraciət edə bilmirlər. Amma elə ailələr var ki, istifadə etdiyi avtombil kifayət qədər köhnədir. Bu da həmin ailələrin ünvanlı sosial yardım almasına şərait yaratmır. Ona görə şərtlərə baxılması və dəyişdirilməsinə ehtiyac var. Xüsusən də avtomobillərlə bağlı şərtlərin müəyyənləşdirilməsinə ehtiyac var.

Ailədə hər iki şəxsin işləməsi buna uyğun olaraq müraciət məsələlərinə baxılması vacibdir. Eyni zamanda uşaqların yaşı ilə bağlı şərtlərə baxılması və yumşaldılmasına ehtiyac var. Bütövlükdə proqramın şərtlərinin sadələşdirilməsi daha çox vətənaşın bundan yararlanmasına, ünvanlı sosial yardım alanların sayının azalmasının qarşısını ala bilər", - deyə o, bildirib.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yekunların əsasən 64 min ailənin 272 min 300 üzvü ünvanlı sosial yardım alıb. Statistik təhlil göstərir ki, ötən il ünvanlı sosial yardım alanların sayı əvvəlki il ilə müqayisədə 18 min 500 nəfər azalıb.

 

0