COP29 Bakı Olimpiya Stadionunda keçiriləcək

İQTİSADİYYAT
11:15 / 15.04.2024
222

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçiriləcəyi yer məlum olub.

HİT.az xəbər verir ki, Azərbaycanın ev sahibliyi edəcəyi COP29 bu il Bakı Olimpiya Stadionunda keçiriləcək.

Qeyd edək ki, COP29 bu il noyabrın 11-25-də baş tutacaq.

Konfransın bütün plenar sessiyalarının vahid məkanda təşkili üçün stadion ətrafında əlavə konstruksiyalar quraşdırılacaq

0