Azərbaycanda əhalinin banklara nə qədər kredit borcu var?

İQTİSADİYYAT
22:36 / 15.04.2024
196

Azərbaycanda əhalinin banklara olan kredit borcu açıqlanıb.

Bu barədə HİT.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Mərkəzi Bankın məlumatlarına görə, 2024-cü il mart ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 24629,1 milyon manat (24 milyard 629 milyon 100 min manat) təşkil edib, onun 20615,8 milyon manatı (20 milyard 615 milyon 800 min manat) uzunmüddətli kreditlər olub.

Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 1,9 faizini təşkil edib.

0