Azərbaycanlı bankir Vyanada vəfat etdi

18:00 / 22.04.2024
217

Azərbaycanlı bankir Fərid Əlizadə Vyanada dünyasını dəyişib.

HİT.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Fərid Əlizadə müalicə aldığı klinikada ürək problemindən vəfat edib. Yaxın günlərdə mərhumun cənazəsinin dəfn olunmaq üçün Azərbaycana gətiriləcəyi bildirilib.

Qeyd edək ki, F.Əlizadə Rutgers Universitetini və ABŞ-nin Rays Universitetində magistr dərəcəsini bitirdikdən sonra ölkənin aparıcı banklarında çalışıb. O, uzun müddət "Bank of Baku”nun İdarə Heyətinin sədri və baş direktoru, AFB bankın Müşahidə Şurasının üzvü olub.

Qeyd edək ki, hadisə barədə ilk məlumatı Banker.az saytı yayıb.

0