“Kupça”sız evin sahibi kimdir?

İQTİSADİYYAT
19:37 / 23.04.2024
150

Boşanan ailələrdə tərəflər arasında əmlak bölgüsü həmişə söz-söhbətə səbəb olur.

Hit.az-a sualla müraciət edən izləyicimiz  N. Cavadova soruşur ki, əri ilə birgə yaşadığı çıxarışsız, yəni kupçasız ev kimə düşür?

Bu suala cavab verən hüquqşünas Elvin Cavadlı  bildirib ki, boşanan cütlüyün yaşadığı evin sənədi yoxdursa , məhkəmə bu əmlakın bölünməsi məsələsinə baxmır:

“Evin sənədləri yoxdursa, məhkəmə belə evi tərəflər arasında bölüşdürə bilməz” - deyə o bildirib.

Murad

0