Yağışlı havanın məhsuldarlığa təsiri

İQTİSADİYYAT
20:20 / 07.05.2024
178

Son günlər ölkəmizdə qeyri- stabil hava şəraiti hökm sürür, intensiv yağış yağır.

Bu hava şəraiti məhsuldarlığa necə təsir edəcək? 

Aqrar sahə üzrə ekspert Akif Nəsirli Hit.az-a deyib ki, hazırda bir çox ağaclar artıq meyvə gətirib, ancaq hələ də çiçəklənmə dövründə olan ağaclar var:

 "Həmin çiçəklənmə dövrü olan bağlara külək bir qədər xeyir edirsə, yağış zərər vurur. Yağış tozlanmayan çiçəyin üstünə düşəndə çiçəkdə mayalanma prosesi pozulur və çiçəkdən meyvə əmələ gəlmir. Albalı və gilasın çiçəklənmə dövrüdür, yağışlı hava bunlara mənfi təsir göstərir. Əksər bölgələrə dolu düşüb. Dolu isə bütün kənd təsərrüfatı sahələri üçün zərərlidir".

Sevinc

0