Poroşenkonun şirkəti ilə Şərurlu İsfəndiyarın kooperativi arasında qalmaqal

İQTİSADİYYAT
15:06 / 21.05.2024
332

"Azroşen” şirkəıti tikinti maqanatı İsfəndiyar Axundova məxsus "Şərur” Mənzil-Tikinti Kooperativni (MTK) məhkəməyə verib. 

Qaynarinfo-nun məlumatına görə, şirkətin iddiasına Bakı Kommersiya Məhkəməsində baxılacaq. 

Nərmin Əhmədova iş üzrə hakim təyin edilib. 

İşin mahiyyəti haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur. 

"Azroşen” şirkəti 4 mart 2003-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Şirkətin qanuni təmsilçisi Hacıyev Akif Hüseyn oğludur. 
"Azroşen” Ukraynada fəaliyyət göstərən "Roşen” şirkətinin Azərbaycandakı filialıdır. Şirkət əsasən şokolad istehlalı ilə məşğuldur. 

"Roşen” şirkəti Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenkoya məxsusdur. 

İsfəndiyar Axundova məxsus "Şərur” MTK isə tikinti sahəsində fəaliyyət göstərir. Şirkət əsasən yaşayış binalarının inşası ilə məşğuldur. 

0