Ekspert: "Taksi sürücüləri 8 saatdan çox işləməməlidir, çünki..."

İQTİSADİYYAT
09:55 / 31.10.2024
265

Taksilərlə bağlı narahatlıq doğuran məqamlardan biri də iş rejimləri ilə bağlıdır. 

Belə ki, əksər taksi sürücüləri 8 saatdan çox işləyirlər. Bu hal daha çox özəl şirkətlərdə rast gəlinir. Bəzi taksi sürücüləri yaxşı qazanc əldə etmək və gün sonuna kimi depozitlərinin batmaması üçün daha çox çalışmaq məcburiyyətində qaldıqlarını bildirirlər. Bununla tez-tez qarşılaşırıq. 

Bəs taksi fəaliyyəti ilə bağlı bütün sürücülərə konkret iş rejimi tətbiq edilə bilər? 

Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev bununla bağlı Hit.az-a açıqlama verib. O bildirib ki, taksi sürücüləri 8 saatlıq iş rejiminə ciddi əməl etməlidirlər:

361229

"Taksi sərnişin daşımanın bir hissəsidir. Burada da iş və istirahət zamanına ciddi şəkildə əməl olunmalıdır. Ona görə də bütün taksi sürücülərinə 8 saatlıq iş rejimi tətbiq edilməlidir. Əgər sürücü artıq işlədilirsə, həftəlik normanı aşmamalıdır. Çünki yorğun sürücünün qəza etmə riski daha yüksəkdir".

Ekspert qeyd edib ki, taksi fəaliyyəti təhlükəsizlik və komfortlu ictimai nəqliyyat seqmentlərindən biridir:

"Düşünürəm ki, taksidə gedən islahatlarda iş rejiminə də ciddi diqqət ayrılmalıdır. Bu da tələb kimi daşıyıcılar qarşısında qoyulmalıdır. Eyni zamanda, sürücülər də buna riayət etməlidirlər. Çünki normadan artıq işləmək yorğunluğa, o isə qəza riskinə səbəb olur".

Pərviz

0