Azərbaycan Ermənistandan mal idxal etməyə başladı

İQTİSADİYYAT
10:07 / 16.04.2026
106

Bu ilin mart ayında Azərbaycan Ermənistandan ilk dəfə 960 ABŞ dolları dəyərində mal idxal edib.

HİT.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Bundan başqa, bu ilin I rübündə Azərbaycan Ermənistana 5 milyon 757 min ABŞ dolları dəyərində məhsul ixrac edib. Bunun 1,537 milyon dollarlıq hissəsi mart ayının payına düşüb.

Ermənistandan ixracdan əldə olunan gəlirlər Azərbaycanın ümumi ixrac gəlirlərinin 0,1 %-ni təşkil edir.

0