Maliyyə Nazirliyinə məxsus 5 avtomobil bu qiymətlərə satıldı

İQTİSADİYYAT
20:45 / 17.04.2026
45

Maliyyə Nazirliyinə məxsus 5 avtomobil hərracda satılıb. 


Hit.az xəbər verir ki, 2013-cü il istehsalı olan “Mitsubishi Lancer” markalı avtomobilin yekun qiyməti 4100 manat, 2008-ci il istehsalı olan “Chevrolet Niva 2123” markalı avtomobilin yekun qiyməti 6200, 2005-ci il istehsalı olan “Nissan Maxima” markalı avtomobilin yekun qiyməti 3000 manat, 2011-ci il istehsalı olan “Nissan Teana” markalı avtomobilin 8950 manat, 2010-cu il istehsalı olan “Chevrolet Niva 2123L” markalı avtomobilin yekun qiyməti 5770 manat olub.


Abbas  
 

0