Benzinin qiyməti ucuzlaşacaq? - AÇIQLAMA

İQTİSADİYYAT
10:49 / 28.04.2026
118

Azərbaycanda yanacaq bazarında qiymət sabitliyini qorumaq məqsədilə vergi yükü minimuma endirilir. 

Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, növbəti bir il ərzində Aİ-92 və dizelin idxalı demək olar ki, aksiz vergisindən azad edilir (tonu cəmi 1 manat). Bu addım daxili tələbatın fasiləsiz ödənilməsinə hesablanıb və SOCAR-ın müəyyən olunmuş limitlər daxilində həyata keçirdiyi idxal əməliyyatlarına şamil edilir. 

Maraqlıdır, bu qərar benzinin qiymətinə təsir edəcəkmi?  

İqtisadçı ekspert Xalid Kərimli Hit.az-a açıqlamasında deyib ki, məlum qərar benzinin qiymətinə təsir etməyəcək: 

397702

“Bu qərar demək olar ki, hər il uzadılır. Aİ-92 benzinin qiymətini dövlət, yəni Tarif Şurası müəyyən edir. Xatırladım ki, bu yanacaq növünün qiyməti ötən ilin dekabrında 10 qəpik artırılıb”.

Həmsöhbətimizin sözlərinə görə, ölkədə yanacağa olan tələbat tam ödənilmədiyi üçün idxala üstünlük verilir:

“Rüsumların yüksək olmaması üçün məlum addım atılır. Bu səbəbdən də güzəşt müddəti hər il uzadılır”.

Günel Cəlilova

0