Azərbaycan iqtisadiyyatı nə qədər böyüyüb? – Nef-qaz sektoru geriləyib

İQTİSADİYYAT
19:38 / 09.09.2026
39

Bu ilin yanvar-avqust aylarında ölkədə 87 milyard 709,5 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ÜDM istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,2% artıb.

Qeyd edək ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,8% azalıb, qeyri neft-qaz sektorunda isə 2,1% artıb.

Məlumat üçün bildirək ki, əvvəlki dövrdə – yanvar-iyul aylarında ÜDM istehsalı neft-qaz sektorunda 0,6% azalıb, qeyri neft-qaz sektorunda isə 2,2% artıb.
 

0