NATO rəhbəri Aİ-nin Rusiyadan böyük həcmdə qaz aldığını etiraf etdi

DÜNYA
13:58 / 06.11.2026
37

NATO-nun baş katibi Mark Rütte Avropa İttifaqının Rusiyadan mayeləşdirilmiş təbii qaz (LNG) alışının həcminin ABŞ-ın Rusiya ilə dizel yanacağı üzrə razılaşmasından daha böyük olduğunu bildirib.

HİT.az xəbər verir ki, o, bu barədə Niderlandın NPO 1 telekanalında yayımlanan “Pauw & De Wit” proqramında danışıb.

Rüttenin sözlərinə görə, Rusiya ilə ABŞ arasında dizel yanacağının tədarükünə dair son razılaşma Avropada narahatlıq yaradıb. Bununla belə, NATO rəhbəri Avropa ölkələrinin də Rusiyadan böyük həcmdə enerji resursları aldığını xatırladıb.

“Bu xəbəri eşidəndə mən də təəccübləndim. Lakin Avropa bu il Rusiyadan çox böyük həcmdə mayeləşdirilmiş təbii qaz alıb. Bu həcm dizel yanacağı ilə bağlı sövdələşmənin gətirə biləcəyindən qat-qat çoxdur”, – deyə Rütte bildirib.

Qeyd edək ki, oktyabrın 9-da Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub. Tramp söhbəti uğurlu adlandıraraq Rusiyanın yaxın vaxtlarda ABŞ-a 300 min tondan çox dizel yanacağı, eləcə də beynəlxalq bazarlara 500 min ton yanacaq tədarük edəcəyini açıqlayıb.

Putin isə Rusiya neftinin və neft məhsullarının ABŞ və dünya bazarlarına çatdırılmasının qlobal iqtisadiyyata müsbət təsir göstərəcəyinə əminliyini ifadə edib.

Samir

0