Bakıda özəl valyutadəyişmə məntəqələri açıldı - QİYMƏTLƏR

İQTİSADİYYAT
20:56 / 29.06.2020
1713

Bakıda bir neçə ünvanda özəl valyutadəyişmə məntəqəsi fəaliyyətə başlayıb.

Banklardan fərqli olaraq bu valyutadəyişmə məntəqələrində xarici valyutanın alış-satışına limit yoxdur, alıcı və satıcılardan sənəd və xüsusi formanın doldurulması tələb edilmir. Məsələn, müştərlilər istədikləri məbləğdə ABŞ Dolları ala bilirlər. Həmçinin açıq-aşkar çalışan bu məntəqələr həftənin şənbə və bazar günləri də fəaliyyət göstərirlər.

Marja-nın əməkdaşı belə valyutadəyişmə məntəqələrindən birində olub. Məlum olub ki, özəl valyutadəyişmə məntəqələrində Dollar 1.70 manatdan alınır, 1.7060-1.7070 manatdan satılır. Qeyd edək ki, bu gün əksər banklar dolları 1.6970 - 1.7000 manatdan alıb, 1.7020 -1.7025 manatdan satırlar.

Mərkəzi Bankın 2016-cı ildə qəbul etdiyi qərara əsasən valyutadəyişmə məntəqələri fəaliyyətlərini dayadırmışdılar. Əldə etdiyimiz məlumata görə, yenidən müəyyən tələblər çərçivəsində özəl valyutadəyişmə məntəqələrinin fəaliyyətinə icazə veriləcək.

“Sənədlərimizi Mərkəzi Banka təqdim etmişik”, - özəl valyutadəyişmə məntəqəsini işlədən şəxs bildirdi.

Qeyd edək ki, Mərkəzi Bankın göstərişinə əsasən kommersiya bankları bir vətəndaşa bir il ərzində maksimum 11750 dollar sata bilərlər. Bu limiti aşan şəxslərə dollar satılmır.

Ekspertlər də bildirilər ki, vayutadəyişmə məntəqələri bərpa edilməlidir, lakin onlara ciddi nəzarət olmalıdır.

0
Modern.az