İyul ayında da 190 manatlıq birdəfəlik müavinət veriləcək?- Açıqlama

İQTİSADİYYAT
14:18 / 01.07.2020
1675

Xəbər verdiyimiz kimi Operativ Qərargahın keçirdiyi brifinqdə sərt karantin rejiminin daha 2 həftə uzadılacağı bildirilib. Qeyd edək ki, Nazirlər Kabineti sərt karantin rejimi tədbiq edilən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında qərar vermişdi. Bu gün hər kəsi maraqlandıran 190 manat birdəfəlik müavinətin iyul ayında da veriləcəkmi?

Bununla bağlı danışan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Şöbəsinin müdiri Fazil Talıbov bildirib ki, bu barədə hələlik heç bir məlumat yoxdur:

"Belə bir qərar olsa, bu barədə ictimaiyyətə məlumat veriləcək".

1
Sonxeber.az