Məsud Pezeşkian sabah ABŞ-a gedəcək

DÜNYA
14:06 / 21.09.2026
40

--İran Prezidenti Məsud Pezeşkian BMT Baş Assambleyasının iclasında iştirak etmək üçün ABŞ-a səfər edəcək.

APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə İran Prezidentinin ofisindən bildirilib.

Məlumatda qeyd edilib ki, Məsud Pezeşkian BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış etmək məqsədilə sabah Nyu-Yorka yola düşəcək.

Məlumata görə, ABŞ hökuməti İran Prezidentinin media heyətinə viza verməyib. Qeyd edək ki, İranın xarici işlər naziri Abbas Əraqçi dünən axşam Nyu-Yorka yola düşüb.

0