Şimali Qafqazda zəlzələ olub

HADİSƏ
20:11 / 01.04.2023
849
Rusiyanın Şimali Qafqaz bölgəsində yerləşən Stavropol diyarının mərkəzi Pyatiqorskdan 99 km məsafədə 4,3 maqnitudalı zəlzələ olub. Hit.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Bildirilib ki, yeraltı təkanlar saat 18:03-də 15 km dərinlikdə qeydə alınıb. Yerli KİV-dəki məlumata görə, yeraltı təkanlar Kislovodsk, Georgiyevsk, Yessentuki və Mineralnıye Vodıda hiss olunub.
0