Rəqsanənin keçmiş kürəkəni niyə həbs olundu? - SƏBƏB AÇIQLANDI/YENİLƏNİB

HADİSƏ
11:17 / 25.05.2023
677

10.55

Müğənni Rəqsanənin keçmiş kürəkəni Eşqin Cəlilovun həbsinin səbəbi müəyyənləşib.

HİT.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, E.Cəlilov Rəqsanənin qızı Aysun İsmayılovaya qarşı fiziki şiddət göstərdiyi üçün barəsində şikayət olunub.

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 157-ci (döymə) maddələri ilə protokol tərtib olunaraq məhkəməyə göndərilib. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə, E.Cəlilov 30 sutka inzibati qaydada həbs edilib.

10.56

Müğənni Aysun İsmayılovanın keçmiş həyat yoldaşı Eşqin Cəlilov həbs olunub.

Qaynarinfo-nun OLAY-a istinadən məlumatına görə, Cəlilov inzibati xətalar məcəlləsinim 510-cu (xırda xuliqanlıq) və 157-ci (adam döymə) maddələri ilə təqsirli bilinərək 30 sutka inzibati qaydada həbs edilib.

Qeyd edək ki, Aysunla Eşqin ötən ilin avqustunda ilə qurub. Onlar bir müddət əvvəl 8 aylıq evliliklərini sonlandırdığını açıqlayıb.

0