Ev dustağı ola-ola oğurluq etdi

HADİSƏ
22:35 / 07.06.2023
331

Bakıda “085” adlı avtomobil servisdən oğurluq edən şəxs həbs olunub.

HİT.az-ın məlumatına görə, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilən 1987-ci ildə Bakı şəhər sakini Elçin (şərti) gecə saat 00:15 radələrində küçədə piyada gəzərkən “085” adlı avtomobil servisin qapısının açıq olduğunu görüb. 

O, dərhal servisə daxil olaraq, oradan 7 ədəd “REV LİNE” markalı 4 litr həcmində avtomobil yağı və bir ədəd laqonda, “HP” markalı notebook komputer, bir ədəd 10 manat dəyərində “Toshiba” markalı notebook çantası və iki ədəd 100 manat dəyərində “Toyota Prius” markalı avtomobil açarlarını oğurlayıb.

Aydın

0