Güclü küləkdə bayrağı belə dəyişdilər - VİDEO

12:12 / 09.06.2023
391

Dünən Naxçıvan şəhərinin sakinləri maraqlı və diqqətiçəkən “xilasetmə” əməliyyatının şahidi olublar.

“Qafqazinfo” xəbər verir ki, Naxçıvan Hava limanına gedən yolun üzrəində yerləşən bayraq parçasının güclü küləyin təsirindən yararsız vəziyyətə düşdüyünü görən Naxçıvan MR-in Fövqəladə Hallar Nazirliyinin əməkdaşları bu mənzərəyə etinasız qala bilməyiblər.

Dərhal qurum rəhbərliyinə məlumat verilib və xilasedicilər tərəfindən xüsusi əməliyyat reallaşdırılıb. Naxçıvan FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri xüsusi vasitələrlə hündür bayraq dirəyinə çıxaraq bayraq parçasının dirəkdə qalan hissəsini çıxarıb. Sonra Xidmətin əməkdaşları tərəfindən dirəyə yeni bayraq bərkidilərək dövlət rəmzimizin yenidən həmin yerdə tam şəkildə dalğalanması təmin olunub.

Həmin əməliyyatın videosunu təqdim edirik:

0