Azərbaycanda gənc qızı məcburi ərə verdilər - Qalmaqallı görüntülər: Polis araşdırmaya başladı

HADİSƏ
12:11 / 10.01.2024
564

Azərbaycanda baş tutan toy mərasimində gənc qızın zorla ərə verildiyini əks etdirən kadrlar yayılıb.

Trend-in əldə etdiyi məlumata görə, polis qızın bu izdivaca məcbur edildiyinin aydın şəkildə göründüyü sözügedən kadrlarla bağlı artıq araşdırmaya başlayıb.

Gənc qızın zorla toy mərasiminə aparıldığı hadisə ilə bağlı ətraflı məlumat veriləcək.

Qeyd edək ki, hələlik hadisənin harada və nə vaxt çəkildiyi barədə məlumat yoxdur.

Həmin görüntüləri təqdim edirik:

0