Xəzərdə təchizat gəmisində baş vermiş yanğın tam söndürüldü

HADİSƏ
10:09 / 03.08.2024
393

Xəzər dənizindəki təchizat gəmisində baş vermiş yanğın tam söndürülüb.

Bu barədə HİT.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Məlumatda bildirib ki, nazirliyin əməkdaşları və texnikalarla həyata keçirilmiş fasiləsiz tədbirlər sayəsində təchizat gəmisində baş vermiş yanğın tam söndürülüb.

Qeyd edək ki, təchizat gəmisində yanğın iyulun 31-də başlayıb.

0