Gəncədə zəlzələ oldu

HADİSƏ
11:05 / 08.09.2024
574

Gəncə şəhərində 3,2 maqnitudalı zəlzələ olub.

Hit.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.

Yeraltı təkanlar saat 10:25-də Tovuz stansiyasından 29 km şimal-şərqdə qeydə alınıb. Zəlzələ ocağı 14 kilometr dərinlikdə yerləşib.

Zəlzələ episentrdə və ətraf yaxın rayonlarında 3 bala qədər hiss olunub.

0