Dəhşətli yanğında ölənlər ana, qızı və nəvəsi imiş

HADİSƏ
10:56 / 19.03.2025
60

Xəbər verdiyimiz kimi, dünən günorta saatlarında Bakı şəhər Sabunçu rayonu Kürdəxanı qəsəbəsində evdə güclü yanğın olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə nəticəsində yanan ümumi sahəsi 80 m² olan, birmərtəbəli 3 otaqlı evin qəsəbə sakini 1950-ci il təvəllüdlü Sevil Ağaəli qızı Səlimovaya məxsus olması müəyyənləşib. 

Aparılan ilkin araşdırmalarla yanaraq vəfat edən şəxslərin ev sahibi S.Səlimova, onun qızı 1980-ci il təvəllüdlü Nailə və nəvəsi 2013-cü il təvəllüdlü Hüseyn olması məlum olub.

Faktla bağlı araşdırmalar aparılır.

0