Yataq otağında havanın temperaturunun 18-20 dərəcə olması böyüklərin əksəriyyəti üçün yuxu baxımından ən rahat şəraitdir.
HİT.az xəbər verir ki, bunu nevroloq Yuliana Boreyşa “TASS”a açıqlamasında bildirib.
Boreyşa qeyd edib ki, axşam saatlarında bədən temperaturu təbii olaraq aşağı düşür və bu, yuxuya getmək üçün vacibdir. Onun sözlərinə görə, otaqdakı sərin hava orqanizmə artıq istiliyi xaric etməyə, daha sürətlə dərin yuxu mərhələsinə keçməyə və melatonini daha aktiv şəkildə ifraz etməyə kömək edir.
Bundan əlavə, otaqda rütubətin 40-44 faiz səviyyəsində saxlanılması tövsiyə olunur. Həkimin sözlərinə görə, belə şəraitdə beyin oksigeni daha yaxşı mənimsəyir.
Biologiya elmləri doktoru, somnoloq Vladimir Kovalzon daha əvvəl sağlam yuxunun əsas qaydasının rejimə riayət etmək olduğunu bildirib. Onun sözlərinə görə, hər gün eyni vaxtda yatmaq və oyanmaq olduqca vacibdir.
Kovalzon həmçinin yatağın rahat olmasının əhəmiyyətini vurğulayıb. Onun fikrincə, insanın seçimindən asılı olaraq döşək sərt və ya yumşaq ola bilər. Otaqda qaranlığın təmin edilməsi də sağlam yuxu üçün vacib şərtlərdən biridir.
Samir


