Neft Daşlarının yaxınlığında balıqçı batdı, əraziyə helikopter cəlb edildi - VİDEO

HADİSƏ
16:50 / 14.04.2026
81

Neft Daşlarının yaxınlığında balıqçı batıb.

Bu barədə HİT.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, "112" qaynar telefon xəttinə Neft Daşlarının yaxınlığında bir nəfər balıqçının dənizdə batması barədə məlumat daxil olub.

Hadisə ilə əlaqədar dərhal aidiyyəti qurumlar, o cümlədən Xəzər dənizində üzən gəmilər məlumatlandırılıb.

Hazırda FHN-in Aviasiya dəstəsinin helikopteri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunmaqla dənizdə batdığı ehtimal olunan Osmanov Rahim Ramiz oğlunun axtarışları davam etdirilir.

0