Qara dənizdə 13 Azərbaycan vətəndaşı olan gəmiyə PUA zərbəsi endirildi - VİDEO

HADİSƏ
13:48 / 15.11.2026
34

Qara dənizdə göyərtəsində 13 Azərbaycan vətəndaşı olan gəmiyə hücum edilib.

HİT.az APA-ya istinadən xəbər verir ki, hadisə noyabrın 15-nə keçən gecə Rumıniya sahillərində, Sulina limanının yaxınlığında baş verib.

PUA zərbəsi endirilən gəmidə ümumilikdə 14 ekipaj üzvü, o cümlədən bir Türkiyə vətəndaşı olub.

Xəsarət alan yoxdur. Ekipaj təxliyə olunmağı gözləyir.

 

0