Noyabrın ortalarından bu 3 bürcün həyatında çətinliklər geridə qalacaq

MARAQLI
23:53 / 15.11.2026
35

Noyabrın 15-dən etibarən üç bürcün nümayəndələri üçün uğursuzluq və problemlərlə dolu dövrün sona çatacağı iddia olunur. Astroloji proqnoza görə, bəzi çətinliklərdən qurtulmaq və həyatlarında dəyişiklik etmək üçün yeni imkanlar yaranacaq.

HİT.az xəbər verir ki, bu barədə “YourTango” yazıb.

Proqnoza əsasən, Dolça bürcündə böyüyən Ay bu üç bürcün nümayəndələrini daha qətiyyətli addımlar atmağa sövq edəcək. Maliyyə çətinlikləri, münasibətlərdəki problemlər, emosional yorğunluq və gündəlik qayğılar artıq əvvəlki kimi ağır görünməyəcək. Onlar həyatlarına mane olan vəziyyətləri dəyişdirmək qərarına gələcəklər.

Xərçəng

Xərçənglər son vaxtlar enerjilərini tükəndirən problemləri geridə qoymağa hazır olduqlarını hiss edəcəklər. Astroloji şərhə görə, onlar artıq əlverişli şəraitin yaranmasını gözləmək əvəzinə, yığılıb qalmış məsələləri özləri həll etməyə çalışacaqlar.

Bu dövrdə Xərçənglər gələcəklərinə təsir edə biləcəklərini daha yaxşı anlayacaqlar. Başqalarının qərarlarına uyğunlaşmaq əvəzinə, öz seçimlərinə üstünlük verməyə başlayacaqlar. Nəticədə müstəqillik və özünəinam hissinin güclənəcəyi bildirilir.

Əqrəb

Əqrəblər uzun müddətdir onları narahat edən düşüncələrdən və keçmişdə yaşanan xoşagəlməz hadisələrdən uzaqlaşmaq istəyəcəklər. Proqnoza görə, noyabrın 15-dən etibarən bəzi problemlərə münasibətləri dəyişəcək.

Onlar dəyişdirə bilmədikləri hadisələrə görə özlərini yormamağın vacibliyini anlayacaqlar. Köhnə narahatlıqları arxada qoymaq, yeni planlara diqqət yetirmək və şəxsi həyatlarında daha sərbəst qərarlar vermək üçün əlverişli mərhələnin başlayacağı ehtimal edilir.

Balıqlar

Balıqların da mənfi düşüncələrdən və keçmişin yaratdığı narahatlıqlardan uzaqlaşacağı proqnozlaşdırılır. Onlar bəzi hadisələri dəyişdirməyin mümkün olmadığını qəbul edərək diqqətlərini gələcəyə yönəldəcəklər.

Astroloji şərhə əsasən, bu bürcün nümayəndələri artıq fayda verməyən münasibətlərdən və vərdişlərdən imtina etmək barədə düşünə bilərlər. Beləliklə, yeni başlanğıclar üçün özlərində daha çox cəsarət tapacaqlar.

Samir

0