Deputatın qohumu da şəhid olub - FOTO

HƏRBİ
18:19 / 28.09.2023
901
Milli Məclisin deputatı Aydın Mirzəzadənin qohumu şəhid olub.
 
HİT.az xəbər verir ki, bu barədə deputat özü məlumat verib.
 
"Bir günlük antiterror əməliyyatında şəhid olanlardan 11 nəfərin şəxsiyyəti müəyyən olunmayıb. Onlardan biri də dayımqızının nəvəsi Qarayev İlkin Yusif oğludur. Bu gün Göygöl rayonunda ailələrinə baş çəkdim, başsağlığı verdim. İlkin hərbi xidmətdən sonra hərbi qulluqda qalmaq istəyirdi. Allah şəhidlərimizə rəhmət etsin", - deyə, deputat paylaşımında qeyd edib.
 

0