Prezident üç hərbçiyə general-leytenant, birinə general-mayor rütbəsi verdi

HƏRBİ
12:09 / 17.08.2026
158

Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib.

HİT.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla general-mayor Babək Mürsəl oğlu Ələkbərova, general-mayor Aqşin Ramiz oğlu Məhərrəmova və general-mayor Faiq Həmzəağa oğlu Məmmədova "general-leytenant" ali hərbi rütbəsi, polkovnik Elfan Şakir oğlu Quliyevə isə "general-mayor" ali hərbi rütbəsi verilib.

0