Hərbi qulluqçumuz naməlum şəraitdə itkin düşüb

09:22 / 10.06.2024
214

Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Hüseynov Ceyhun Tofiq oğlu iyunun 9-da Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində naməlum şəraitində itkin düşüb.

Bu barədə Hit.az-a Müdafiə Nazirliyindən bildirilib.

Hərbi qulluqçumuzun axtarışı ilə bağlı zəruri tədbirlər görülür.

0