Daha bir qızı Bred Pittin soyadından imtina etmək istəyir

MAQAZİN
18:40 / 22.07.2026
50

Hollivud aktyorları Bred Pitt və Ancelina Colinin 18 yaşlı qızı Vivyen atasının soyadından imtina etmək üçün məhkəməyə müraciət edib. 

HİT.az xəbər verir ki, bu barədə "People" jurnalı məhkəmə sənədlərinə istinadən məlumat yayıb.

Məlumata görə, Vivyen Los-Anceles dairəsinin Ali Məhkəməsinə rəsmi adının "Vivyen Marşelin Coli-Pitt"dən "Vivyen Marşelin Coli"yə dəyişdirilməsi ilə bağlı vəsatət təqdim edib.

Məhkəmə sənədlərində ad dəyişikliyinin səbəbi "şəxsi" kimi göstərilib. Bildirilib ki, məsələ üzrə məhkəmə iclası noyabrın 2-nə təyin olunub.

Bundan əvvəl Bred Pittin övladlığa götürdüyü övladları – 24 yaşlı Meddoks və 21 yaşlı Zahara da atasının soyadından imtina etdiklərini açıqlayıblar. Onlar bu barədə "Los Angeles Daily Journal" qəzetinin elanlar bölməsində məlumat dərc etdiriblər.

Məlumata görə, bundan sonra onlar Zahara Marli Coli və Meddoks Çivan Coli adlarından istifadə etmək istəyirlər. 2024-cü ilin iyul ayında isə cütlüyün digər qızı Şaylo da atasının soyadından imtina etdiyini açıqlamışdı.

Samir
 

0