Azərbaycan Premyer Liqasının XVIII turunda xoşagəlməz hadisə yaşanıb.
Apasport.az saytının məlumatına görə, “Neftçi” – “Sabah” oyunu yarımçıq dayandırılıb.
Buna stadiondakı işıqların sönməsi səbəb olub. “Bakcell Arena”dakı görüş hesab 0:0 olarkən 27-ci dəqiqədə saxlanılıb.
***
Azərbaycan Premyer Liqasının XVIII turunun "Neftçi" - "Sabah" matçının keçirildiyi "Bakcell Arena"nın projektorlarındakı problem aradan qaldırılıb.
Hit.az-ın məlumatına görə, 28-ci dəqiqədə yarımçıq dayandırılan görüş 8 dəqiqəlik fasilədən sonra bərpa olunub.