Fransanın PSJ klubunun futbolçusu Lionel Messinin İspaniyanın Barselona şəhərinin cənubunda yerləşən oteli sökülə bilər.
Hit.az xəbər verir ki, bu barədə “El Confidencial” nəşri məlumat yayıb.
Xəbərdə, Messinin 2017-ci ildə 30 milyon avroya satın aldığı 77 otaqlı otelin şəhər standartlarına uyğun olmadığı səbəbindən söküləcəyi bildirilib.
İddiaya görə, oteli 4 il əvvəl Messiyə satan şəxs gələcəkdə buranın söküləcəyindən xəbərdar imiş. Lakin o, bu haqda argentinalı hücumçuya məlumat verməyib.
Messi hazırda PSJ-də illik 30 milyon avro qazanır. (Komanda.az)