İDMAN
10:58 / 16.09.2022
451

Məşhur erməni MMA döyüşçüsündən Azərbaycan PUA-ları ilə bağlı ETİRAF - VİDEO/FOTO

Rusiyada tanınmış erməni qaydasız döyüşçü Eduard Vartanyan çeçen rəqibi Yusuf Raisovla görüşdən əvvəl yerli mətbuata açıqlamasında Qarabağa iki il öncə etdiyi səfərdən danışıb.

Hit.az xəbər verir ki, 4 noyabrda baş tutacaq Raisovla görüşdən öncə danışan Vartanyan Azərbaycan-Ermənistan sərhədində baş verənlərdən narahatlığını dilə gətirib.

Erməni qaydasız döyüşçü müsahibə zamanı Qarabağa iki il öncə səfər etdiyini və oradakı müharibənin şahidi olduğunu, pilotsuz uçuş aparatlarının səsini indi də unutmadığını dilə gətirib:

"Mən haubitsaların, dronların altında olmağın nə olduğunu bilirəm. Bu mənim üçün qaranlıq deyil və orada nə baş verdiyindən xəbərim var. İki il əvvəl hərbi əməliyyatlar zamanı Qarabağda olmuşam".

Qeyd edək ki, Eduard Vartanyan 44 günlük müharibə dövründə ermənilərə müraciət videosu ilə daha çox yadda qalmışdı. O, Cəbrayıldakı bir döyüş epizodunu xatırlayaraq erməni generallarından birinin təcili yardım maşınını saxlayaraq oradan yaralı əsgərləri çıxarıb özü əyləşməyə cəhd etdiyini deyirdi. Vartanyan generalın Azərbaycan ordusunun dronlarının mülki infrastruktur və sanitar maşınlara atəş açmadığı üçün bu yolla canını qurtarmağa çalışdığını bildirmişdi. 

0