Azərbaycan millisinin futbolçusu Almaniyada klubunu dəyişə bilər

19:12 / 30.03.2023
420

Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov Almaniyada komandasını dəyişə bilər.

Hit.az “Tag24”ə istinadən xəbər verir ki, yarımmüdafiəçi klubu “Ertsgebirge”nin də çıxış etdiyi III Bundesliqa təmsilçilərinin maraq dairəsindədir.

Bu isə “Ertsgebirge” rəhbərliyini narahat edir. Aue klubu hazırda əla formada olan liderini itirməmək üçün onun mövsümün sonuna qədər olan müqavilə müddətini tezliklə uzatmaq niyyətindədir. Ancaq 33 yaşlı hücumameyilli oyunçunun qalması məvacibinin artırılıb-artırılmamasından asılı olacaq.

Qeyd edək ki, Dmitri Nazarov 2016-cı ildən “Ertsgebirge”nin formasını geyinir.

0