Həkim duzun kimlər üçün təhlükəli olduğunu açıqladı

SAĞLAMLIQ
23:15 / 18.11.2026
50

Yüksək arterial təzyiqdən əziyyət çəkən şəxslərə gündəlik qidalanmada duzun miqdarını azaltmaq tövsiyə olunur. Bəzi hallarda isə təzyiq dərmanlarla nəzarətdə saxlanılmadıqda duz qəbulunun tamamilə dayandırılması tələb oluna bilər.

HİT.az xəbər verir ki, bu barədə dietoloq və endokrinoloq Pavel Baranov “AİF” nəşrinə açıqlamasında bildirib.

Həkimin sözlərinə görə, yüksək təzyiqi olan insanlara gündəlik duz istehlakını 2-3 qramdan aşağı salmaq tövsiyə edilə bilər. Müalicəyə baxmayaraq arterial təzyiqi normallaşdırmaq mümkün olmadıqda isə daha sərt məhdudiyyətlərə ehtiyac yarana bilər.

Baranov qeyd edib ki, bəzi pasiyentlərdə bir neçə təzyiqsalıcı preparatın birlikdə istifadəsi belə arzuolunan nəticə vermir. Belə vəziyyətlərdə müalicənin digər tədbirləri ilə yanaşı, duz qəbulunun tam məhdudlaşdırılması da gündəmə gələ bilər.

Mütəxəssis vurğulayıb ki, sağlam insanlara duzdan bu dərəcədə ciddi şəkildə imtina etmək, adətən, lazım deyil. Qəbul ediləcək duzun miqdarı insanın sağlamlıq vəziyyətindən, əks-göstərişlərdən və həkimin tövsiyələrindən asılıdır.

Qeyd edək ki, daha əvvəl aparılan araşdırmalarda kaliumla zənginləşdirilmiş duzdan istifadənin dünyada hər il milyonlarla ölümün, eləcə də ürək-damar və böyrək xəstəliklərinin yeni hallarının qarşısını ala biləcəyi irəli sürülüb.

Samir

0