Azərbaycan Premyer Liqasında IV dövrəyə start verilir

İDMAN
11:28 / 31.03.2023
457

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında sonuncu - IV dövrəyə start veriləcək.

İlk oyun günündə bir görüş keçiriləcək. XXVIII turun açılış matçında "Turan Tovuz" "Sumqayıt"ı qəbul edəcək. Tovuz şəhər stadionunda keçiriləcək qarşılaşma saat 15:30-da başlayacaq.

Hazırda Qərb təmsilçisi 28 xalla 6-cı, "gənclik şəhəri" klubu isə 21 xalla 8-ci pillədə qərarlaşıb.

İki komanda indiyədək ölkə çempionatında 3 dəfə üz-üzə gəlib. Hərəyə bir dəfə qələbə qazanan klubların duelində eyni sayda heç-heçə qeydə alınıb. Topların nisbətində də bərabərlik var - 2:2.

"Turan Tovuz" son iki oyunda qol vurub. Meydan sahibi olan komanda uduzmayıb.

Azərbaycan Premyer Liqası
XXVIII tur
31 mart

15:30. "Turan Tovuz" - "Sumqayıt"
Hakimlər: Rəşad Əhmədov, Namiq Hüseynov, Eyyub İbrahimov, Səbuhi Bayramov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Tovuz şəhər stadionu.

Qeyd edək ki, turun "Kəpəz" - "Səbail" və "Zirə" - "Neftçi" oyunları aprelin 1-də, "Şamaxı" - "Qarabağ" və "Sabah" - "Qəbələ" görüşləri isə aprelin 2-də keçiriləcək.

0