“Formula 1” üzrə Azərbaycan Qran Prisi yeni formatda keçirilə bilər

İDMAN
14:04 / 31.03.2023
602

“Formula 1” üzrə Azərbaycan Qran Prisi yeni formatda keçirilə bilər.

Təşkilatçılar sprint yarışları ilə formatı dəyişdirmək niyyətindədirlər.

Yeni şərtlərə əsasən, həm sprint, həm də əsas yarış üçün iki ayrı kvalifikasiya nəzərdə tutulur.

Qran Pri cümə günü həmişəki kimi, məşqlə başlayacaq. Ardından bazar günkü yarış üçün təsnifat mərhələsi keçiriləcək. Kvalifikasiyanın qalibi poulun sahibi hesab olunacaq.

Şənbə günü əvvəlcə sprint yarışının təsnifat mərhələsi, daha sonra isə yarışın özü keçiriləcək.

Komandalar yarışın formatında belə bir dəyişiklik ideyasını dəstəkləyiblər. Ancaq “Formula 1”də hələ də təkərlərlə bağlı problemlər var. “Pirelli” bir mərhələ üçün hər sürücüyə 12 dəstdən artıq təkər vermək istəmir.

Çatdırılma əvvəlcədən razılaşdırılıb. “Pirelli”nin yarış direktoru Mario İzola Azərbaycan Qran Prisinin iştirakçıları üçün bütün təkər dəstlərinin artıq Bakıya göndərildiyini təsdiqləyib. Problemin həlli ilə bağlı bir neçə variant müzakirə olunur.

Qeyd edək ki, Azərbaycan Qran Prisi 28-30 apreldə keçiriləcək.

0