"Top-5" liqalarda aylıq qazancı ən yüksək olan futbolçuların siyahısı müəyyənləşib

İDMAN
22:41 / 31.03.2023
502

Avropanın "Top-5" liqalarında aylıq qazancı ən yüksək olan futbolçuların siyahısı müəyyənləşib.

Hər çempionatda ən çox maaş alan 5 oyunçu qeyd olunub.

Almaniya və Fransa çempionatlarının ilk "beşliy"ində müvafiq olaraq "Bavariya" və PSJ-nin futbolçuları qərarlaşıblar. İngiltərədə Kevin De Brüyne, İspaniyada isə Eden Azar hamıdan çox qazanc əldə edir.

Ən aşağı maaş büdcəsi İtaliya çempionatındadır. "Yuventus"un üç, "İnter"in isə bir üzvü aylıq 1 milyon avro qazanır.

Ümumilikdə "Top-5" liqalarda ən çox maaş alan futbolçular PSJ-də çıxış edirlər. Bu baxımdan Kilian Mbappe hamını üstələyir. Fransa millisinin hücumçusunun aylıq məvacibi 6 milyon avro təşkil edir.

0