"Valensiya"nın gürcü qapıçısı Georgi Mamardaşvili ilə bir neçə Avropa klubu maraqlanır.
Fanat.Az "The Athletic"ə istinadən xəbər verir ki, bunlar "Atletiko Madrid", "Vilyarreal", "Aston Villa", "Portu" və "Tottenhem"dir.
Xəbərə görə, "yarasalar" 22 yaşlı qolkiper üçün 100 milyon avro təzminat müəyyənləşdirsələr də, onu daha aşağı qiymətə sata bilərlər. Mənbə gürcü futbolçunun əsas hədəfinin yeni komandasında start heyətdə yer almaq olduğunu da vurğulayıb.
Qeyd edək ki, Mamardaşvilinin "Valensiya" ilə müqaviləsinin müddəti 2027-ci ilə qədər nəzərdə tutulub.