"Qarabağ" "Ludoqorets"i keçə biləcək? - Ekspertdən PROQNOZ

İDMAN
10:01 / 08.08.2024
430

"Əslində, "Qarabağ" Çempionlar Liqasının III təsnifat mərhələsində qarşılaşdığı "Ludoqorets"lə matçda prinsip etibarilə hər şeyi doğru etdi".

Bu sözləri futbol eksperti Aslan Kərimov Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, oyundan öncə "Qarabağ"ın daha dominant oynayacağı açıq-aşkar bilinirdi:

"Komandamız hər oyun olduğu kimi topa sahib olmağa, aktiv oynamağa və cinah hücumçularının sürəti sayəsində qol imkanları yaratmağa çalışdı. Futbolçular elə oyun ərzində bu stildə də oynadı. Amma həmin qol imkanlarından yararlana bilmədik. Əslində, qolları vura bilsəydilər, hesab başqa cür olacaqdı".

355583

Ekspert qeyd edib ki, sözügedən matçda "Qarabağ"ın müdafiəsində boşluqlar var idi:

"Məncə, "Qarabağ" müdafiə cəhətdən yaxşı oynamadı. Xüsusilə, sağ cinahdan boşluqlar yarandı. Nəticə etibarilə, qollar da elə oradan gəldi. Amma dünyanın bütün komandaları bu səhvləri edə bilər. Hər şeyi mükəmməl etmək mümkün deyil, bəzən boşluqlar yaranır. Sadəcə olaraq, burada "futbol bəxti" "Ludoqorets" tərəfində oldu və yaratdığı minimum imkanlarda qol vura bildilər".

Aslan Kərimov revanş matçı ilə bağlı proqnoz da verib. O, "Qarabağ"ın Çempionlar Liqasının play-off mərhələsinə çıxacağını düşünür:

"Əminəm ki, "Qarabağ" Bolqarıstanda daha rahat oynayacaq. Üstəlik, "Ludoqorets" də Bakıya nisbətən öz meydançasında daha açıq oynamaq məcburiyyətindədir. Hesabı qorumağa çalışacaqlar, amma azarkeşləri qarşısında hücuma meyilli oynamağa məcbur olacaqlar. Bu isə təmsilçimiz üçün əlverişli şərait yarada bilər. 

Düşünürəm ki, səfərdə keçirilən matçda rəqibə qarşı 4-5 real qol imkanımız olacaq. Bu qədər imkandan isə yararlana bilərik. Məncə, minimum 2 top fərqi ilə rəqibi üstələyərik. Yəni "Qarabağ"ın mərhələni keçən tərəf olacağına inanıram".

Pərviz

0