Misli Premyer Liqasında 30-cu tur davam edir.
Hit.az xəbər verir ki, 3-cü oyun gününə nəzərdə tutulan 1 matç artıq başa çatıb.
"Qarabağ" Tofiq Bəhramov adına Respublika Stadionunda "Turan Tovuz"u qəbul edib. Matç Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Hazırda turnir cədvəlində Ağdam təmsilçisi 62 xalla 2-ci, Tovuz klubu isə 56 xalla 3-cüdür. Sözügedən komandaların 1-ci və 2-ci dövrələrdəki oyunlarında "Qarabağ" qalib gəlib.
4 may (bazar ertəsi)
19:30. “Qarabağ” – “Turan Tovuz” - 2:1
Qol: Leandro Andrade, 50 (1:0), Mateus Silva, 54 (2:0), Ayxan Hüseynov, 77 (2:1)
T.Bəhramov adına Respublika stadionu


