"Turan Tovuz"un uşaqları çempion oldu

İDMAN
19:26 / 06.05.2026
53

Qərb Regional Futbol Federasiyasının təşkilatçılığı və AFFA-nın dəstəyi ilə keçirilən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş futbol turnirinə yekun vurulub.

 

Qazax, Tovuz, Ağstafa və Şəmkirdən 8 komandanın iştirak etdiyi yarış 2016-cı il təvəllüdlü futbolçular arasında baş tutub. Yarışın yarımfinal oyunlarında “Turan Tovuz” Şəmkir “Yasamal”ını, “Qazax-Siti” isə Ağstafa “Avey”ini məğlub edərək finala yüksəliblər. Üçüncülük uğurunda oyunda “Avey”i məğlub edən “Yasamal” bürünc medallara sahib olub. Finalda “Qazax-Siti”dən üstün olan “Turan Tovuz” yarışın qalibi adını qazanıb. Müxtəlif nominasiyalarda fərqlənən futbolçulara Fəxri Fərmanlar, hədiyyələr təqdim olunub. Qərb Regional Futbol Federasiyasının prezdienti Nadir Nəbiyev “Turan Tovuz”a çempionluq kubokunu təqdim edib.

0