Bu gün Azərbaycan 1-ci liqasında 26-cı tura yekun vurulub.
Hit.az xəbər verir ki, lider “Şəfa” “Cəbrayıl”ı qəbul edib. Görüşdə "Şəfa" qələbə qazanıb. 2-ci yerdəki "Səbail" "Şahdağ Qusar"la heç-heçə edib.
Beləliklə, "Şəfa" sona 1 tur qalmış ən yaxın izləyicisi “Səbail”i qabaqlayıb və çempionluğunu rəsmiləşdirib. Bununla da komanda Misli Premyer Liqasına vəsiqə qazanıb.


